1959-cu ildən sonra ilk: Dünya Bankı nüvə enerjisinə qadağanı götürdü

MONETAR.AZ
Dünya Bankının İdarə Heyəti nüvə enerjisinə dəstəklə bağlı qadağanı ləğv edib. Bank bu qərarı artan enerji tələbatını qarşılamaq və inkişaf edən ölkələrdə elektrikə çıxışı artırmaq məqsədilə verib.
Dünya Bankı Qrupunun prezidenti Ajay Banga bildirib ki, qarşıdakı 10 ildə inkişaf etməkdə olan ölkələrdə enerji tələbi 2 dəfə artacaq. O, nüvə enerjisini təmiz və sabit güc mənbəyi kimi qiymətləndirib.
Banga həmçinin qeyd edib ki, süni intellektin sürətli inkişafı da elektrik enerjisinə tələbi artıracaq. Bu səbəbdən enerji sahəsində illik investisiya ehtiyacı 680 milyard dollara çata bilər.
Qərarı ABŞ dəstəkləyib. ABŞ Maliyyə Nazirliyinin nümayəndəsi Scott Bessent nüvə texnologiyasının inkişaf edən ölkələr üçün enerji sahəsində dönüş nöqtəsi ola biləcəyini deyib.
Xatırladaq ki, Dünya Bankı tarixində yalnız bir dəfə -1959-cu ildə İtaliyada nüvə obyektinə maliyyə ayırıb. Yeni qərar bankın bu sahəyə yenidən vəsait ayırmasının yolunu açır.