Valyuta çıxışı girişini üstələdi – Azərbaycanın balansı mənfiyə keçdi İşğaldan azad olunmuş ərazilərdə yeni su anbarları tikiləcək bp Azərbaycan üzrə yeni prezident təyin etdi Azərbaycanın cari əməliyyatlar balansında böyük azalma Azərbaycana 230 milyon dollar pul köçürülüb – Ən çox vəsait Rusiyadan gəlib Azərbaycan nefti 74 dollara, təbii qazı isə 320 dollara ixrac olunub  Qəza aradan qaldırıldı, amma Bakıda su problemi qalır Neftin taleyi bir boğazdan asılıdır – Hörmüz qapanarsa nə baş verəcək? Qızıl dolları əvəz edə bilərmi? – Yeni dünya valyutasına dair reallıqlar və illüziyalar Fond bazarlarında qarışıq vəziyyət Valyuta çıxışı girişini üstələdi – Azərbaycanın balansı mənfiyə keçdi İşğaldan azad olunmuş ərazilərdə yeni su anbarları tikiləcək bp Azərbaycan üzrə yeni prezident təyin etdi Azərbaycanın cari əməliyyatlar balansında böyük azalma Azərbaycana 230 milyon dollar pul köçürülüb – Ən çox vəsait Rusiyadan gəlib Azərbaycan nefti 74 dollara, təbii qazı isə 320 dollara ixrac olunub  Qəza aradan qaldırıldı, amma Bakıda su problemi qalır Neftin taleyi bir boğazdan asılıdır – Hörmüz qapanarsa nə baş verəcək? Qızıl dolları əvəz edə bilərmi? – Yeni dünya valyutasına dair reallıqlar və illüziyalar Fond bazarlarında qarışıq vəziyyət

Azərbaycanda kazino oyunlarına icazə verilir- süni torpaqda

Azərbaycanda kazino oyunlarına icazə verilir-
18 İyun 2025 17:06
Azərbaycanda süni torpaq sahələrində kazino oyunlarının keçirilməsinə icazə veriləcək.

Bununla bağlı “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanunda dəyişiklik edilməsi təklif olunur.

Müvafiq qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Sənədə əsasən, qanuna yeni fəsil əlavə olunur, süni torpaq sahələrində sahibkarlığın təşviqi və inkişafı məqsədilə investisiya fəaliyyətinin həyata keçirilməsi üçün şərait yaradılır.

Beləliiklə, süni torpaq sahələrində Azərbaycanın normativ hüquqi aktları ilə qadağan olunmayan bütün sahibkarlıq fəaliyyəti növləri həyata keçirilə bilər. O cümlədən, kazino oyanları yalnız xüsusi ayrılan və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun tələblərinə cavab verən yerlərdə keçirilə bilər.

Kazino oyunlarının keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Oyunları yalnız nəzarət orqanının rəyi nəzərə alınmaqla lisenziya əsasında hüquqi şəxs təşkil edə bilər.

21 yaşına qədər şəxslərin kazino oyunlarında birbaşa və yaxud dolayı iştirakına yol verilmir.


Oxşar xəbərlər