Amerikalılar "kasıblaşır"

ABŞ-da ailələrin ümumi sərvəti 2025-ci ilin ilk rübündə 169,3 trilyon dollara düşüb. Bu, 2023-cü ildən bəri ilk dəfə qeydə alınan azalmadır. ABŞ Federal Ehtiyat Sistemi (FED) tərəfindən yayımlanan “ABŞ-ın Maliyyə Hesabları” hesabatına görə, hanehalkının və qeyri-kommersiya təşkilatlarının sərvəti cari ilin ilk üç ayında əvvəlki rüblə müqayisədə 0,9 faiz azalıb. Halbuki ötən ilin son rübündə bu göstərici 170,9 trilyon dollar təşkil edirdi.
Sərvətin azalmasında əsas səbəb səhm və daşınmaz əmlak bazarında dəyər itkiləri olub. Rüblük hesabatda bildirilir ki, birinci rübdə səhm bazarındakı aktivlərin ümumi dəyəri 2,3 trilyon dollar, daşınmaz əmlakın dəyəri isə 200 milyard dollar azalıb.
Digər tərəfdən, ölkədə ailələrin borc yükü artmağa davam edir. Hesabata əsasən, hanehalkı borcu ilk rübdə 1,9 faiz artıb. İstehlak kreditləri 1,3 faiz, ipoteka borcları isə 2,3 faiz yüksəlib. Beləliklə, amerikalılar bir tərəfdən sərvət itkisi yaşayır, digər tərəfdən isə borclanmanı artırır.
Bu vəziyyət ABŞ-da maliyyə sabitliyi və gələcək istehlak gücü baxımından narahatlıq doğurur. FED-in məlumatları ailələrin maliyyə baxımından daha həssas vəziyyətə düşdüyünü göstərir.
MONETAR.AZ