Elekromobil sahibləri məmnundurmu? SORĞU

Elekromobil sahibləri məmnundurmu?
12 İyun 2025 08:53

MONETAR.AZ

Elektrikli nəqliyyat vasitələrinin gündəlik istifadəsi, texniki imkanları və markalara görə istifadəçi təcrübələrini öyrənmək məqsədilə Almaniya, Avstriya və İsveçrədə 5000 nəfərin iştirakı ilə sorğu keçirilib. Araşdırma elektromobil sahiblərinin real təcrübələrini əks etdirən maraqlı nəticələr ortaya çıxarıb.

Sorğunun nəticələrinə əsasən, istifadəçi məmnuniyyəti markalara görə ciddi fərqlər göstərir. Ən yüksək məmnuniyyət dərəcəsi aşağıdakı markalara aiddir:

  • Tesla – 66 xal

  • Porsche – 59 xal

  • BMW – 50 xal

  • Hyundai – 43 xal

  • Kia – 42 xal

Ən aşağı göstəricilər isə bu markalara məxsusdur:

  • Peugeot – -58 xal

  • Citroen – -55 xal

  • Opel – -44 xal

  • Nissan – -29 xal

Tesla sahibləri əsasən avtomobildəki səs və titrəyiş, daxili material keyfiyyəti və proqram təminatı ilə bağlı narazılıqlar bildiriblər. Digər markaların sahibləri isə şarj planlaması, mobil tətbiqlərin funksionallığı və istifadəçi interfeysindən narazı qalıblar.

Sorğu göstərir ki, elektromobillər əsasən bu məqsədlərlə istifadə olunur:

  • 75 % – gündəlik şəxsi işlər üçün

  • 74 % – həftəsonu səyahətləri üçün

  • 70 % – işə gedib-gəlmək üçün

İstifadəçilərin 58 %-i gündə 40 km-dən az məsafə qət edir. Lakin illik göstəricilərə baxdıqda elektromobil sahibləri ənənəvi avtomobil istifadəçilərindən daha çox yol gedir:

  • 31 % – ildə 10 000–15 000 km

  • 23 % – 15 000–20 000 km

  • 13 % – 20 000–25 000 km


Oxşar xəbərlər