Qərb neft şirkətləri “yaşıl enerji”dən imtina edir

Son illərdə Qərb neft-qaz şirkətləri bərpa olunan enerji mənbələrinə böyük ümidlər bəsləsə də bu strategiyanın maliyyə baxımından özünü doğrultmadığı üzə çıxıb. Səhmdarların daha stabil və yüksək dividendlər istəyi fonunda şirkətlər yenidən ənənəvi neft-qaz hasilatına üstünlük verməyə başlayıb.
Britaniyanın BP şirkəti 2025-ci ildən etibarən BƏM sahəsinə investisiyaları azaldacaq və neft hasilatına yatırımları artıracaq. Şirkət əvvəlki illərdə 2030-cu ilə qədər hasilatı 40% azaltmağı və bərpa olunan enerji sahəsini genişləndirməyi planlaşdırırdı. Lakin aşağı gəlirlik və səhmdarların narazılığı nəticəsində bu planlardan geri çəkildi. BP 2025–2027-ci illərdə illik kapital xərclərini 13–15 milyard dollar səviyyəsinə salacaq, lakin neft və qaz layihələrinə xərcləri 10 milyard dollara qədər artıracaq.
Shell şirkəti də 2024-cü ildə aşağı karbonlu enerji sahəsinə yatırımların rentabelli olmadığını açıqlayaraq, bu istiqamətdəki investisiyalarını ümumi sərmayələrinin 10 %-dən aşağı salacaq. Norveçin Equinor şirkəti 2030-cu ilə qədər nəzərdə tutulmuş alternativ enerji gücünün həcmini azaldıb və neft hasilatı üzrə proqnozunu artırıb.
ABŞ-ın ExxonMobil və Şevron şirkətləri də oxşar qərarlar verir: Exxon hasilatı 2026–2030-cu illərdə 5,4 milyon barel/günə çatdırmağı planlaşdırır, Şevron isə aşağı karbon texnologiyalarına investisiyanı 25% azaldır.
Kept konsaltinq şirkətinin araşdırmasına görə bu dəyişikliklər dünya neft sənayesində yeni bir investisiya dövrünün başlandığını göstərə bilər.
MONETAR.AZ