Bakı–Quba–Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun (M-1) 129 km uzunluğunda olan yeni ödənişli hissəsində, H. Z. Tağıyev qəsəbəsindən başlayan ərazidə yeni yol nişanları quraşdırılıb.
Bu barədə jurnalist Elxan Yusifli məlumat verib.
Onun sözlərinə görə, ödənişli yolda çəkisi 3,5 tona qədər olan avtomobillər üçün sürət həddi 130 km/saatadək müəyyən edən nişanlar quraşdırılıb. Bu o deməkdir ki, sürücülər artıq göstərilən sürət rejiminə uyğun hərəkət edə bilərlər.
Qeyd olunur ki, müvafiq dəyişikliklər “Yol hərəkəti haqqında” və “Avtomobil yolları haqqında” qanunlarda öz əksini tapıb.
Yeni qaydalara əsasən, ödənişli avtomagistrallarda minik avtomobilləri və çəkisi 3,5 tona qədər olan yük nəqliyyatı üçün maksimum sürət həddi 130 km/saat olaraq müəyyən edilib.