Bakının mərkəzi küçələrindən biri bağlanacaq

Bakının mərkəzi küçələrindən biri

Bakıda Rəşid Behbudov küçəsinin Sahib Zeynalov küçəsi ilə Abbasqulu ağa Bakıxanov küçəsi arasındakı hissəsində təmir işləri aparılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Məlumata görə, işlərlə əlaqədar qeyd olunan ərazidə nəqliyyat vasitələrinin hərəkəti mayın 8-i saat 22:00-dan mayın 9-u saat 23:00-dək tam məhdudlaşdırılacaq.

Qurum sürücülərə aparılan işlərə anlayışla yanaşmağı, marşrutlarını əvvəlcədən planlaşdırmağı və alternativ yollardan istifadə etməyi tövsiyə edib.