Binəqədidə 2 avtobus marşrutunun hərəkət sxemi dəyişdirilib

Binəqədidə 2 avtobus marşrutunun

Bakının Binəqədi qəsəbəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.

Monetar.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata istinadən bildirir ki, məhdudiyyətlə əlaqədar 133 və 170 nömrəli müntəzəm marşrutların hərəkət sxemində dəyişiklik edilib.

Təmir işləri başa çatanadək 133 nömrəli marşrutun son dayanacağı Gülməmməd Ramazanov küçəsində müəyyənləşdirilib.

170 nömrəli marşrutun hərəkəti isə Binəqədi qəsəbəsinin Fəhlə küçəsi ilə təşkil olunacaq.