Çin hökuməti 2030-cu ilədək batareyalı elektromobillərin (BEV) və qoşulub-şarj olunan hibrid avtomobillərin (plug-in hibrid) ölkənin ümumi avtoparkındakı payını 30%-ə çatdırmağı qarşıya məqsəd qoyub.
Bu hədəf karbon emissiyalarının pik həddinə çatdırılması üzrə bu gün dərc edilmiş milli fəaliyyət planında öz əksini tapıb.
Sənədə əsasən, 2030-cu ilə qədər yeni enerji ilə işləyən nəqliyyat vasitələrinin ölkə üzrə avtomobil parkında payı əhəmiyyətli dərəcədə artırılmalıdır.
Müəyyən edilmiş hədəf hazırkı göstəricidən iki dəfədən çox yüksəkdir. Rəsmi statistikaya görə, 2025-ci ilin sonuna batareyalı elektromobillər və qoşulub-şarj olunan hibrid avtomobillər Çinin ümumi avtoparkının 12%-ni təşkil edib.
MONETAR.AZ