"Azinterservis" ASC-nin rəhbəri dəyişəcək

"Azinterservis" ASC-nin rəhbəri

"Azinterservis" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı 2026-cı il iyulun 1-də saat 12:00-da Bakı şəhəri, Nizami rayonu, Məhsəti Gəncəvi küçəsi 141 ünvanında yerləşən Amazon restoranı zalında keçiriləcək.

Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:

– cəmiyyətin adının dəyişdirilməsi;
– yeni sədrin təyin edilməsi.

Yığıncaqda iştirak etmək istəyən səhmdarlar şəxsiyyət vəsiqəsinin surətini, nümayəndələr isə qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilmiş QR kodlu etibarnaməni təqdim etməlidirlər.

Bildirilib ki, qeyd olunan sənədlər təqdim edilmədikdə qeydiyyat və səsvermədə iştirak etibarsız hesab olunacaq.

MONETAR.AZ