“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən mövcud 110/10/10 kV-luq “Radiozavod” yarımstansiyasının yenidənqurulması ilə bağlı açıq tender elan edib.
Müsabiqə çərçivəsində yarımstansiyanın 110/35/10 kV-luq, 2x40 MVA gücündə “GİS” tipli, tam qapalı formada yenidən qurulması, həmçinin 110 kV-luq xətt təsərrüfatı üzrə müvafiq işlərin icrası nəzərdə tutulur.
Tenderin sifarişçisi “Azərişıq” ASC-dir. Satınalan təşkilatın VÖEN-i 9900069391, ünvanı isə Bakı şəhəri, Bakıxanov küçəsi 13, AZ1065-dir. Müsabiqənin nömrəsi 2026/AT/00054/V1, təsnifat kodu isə 95121800 (kommunal binalar və tikililər) olaraq göstərilib.
Layihə üzrə ehtimal olunan qiymət 28 milyon 905 min 738,83 manat təşkil edir. Müsabiqə 2026-cı il yanvarın 13-də saat 09:05-də dərc olunub. Tender təkliflərinin son təqdim olunma tarixi və zərflərin açılış vaxtı 26 fevral 2026-cı il, saat 15:00-a təyin edilib.
MONETAR.AZ