Qazaxıstanın nefti dünya bazarlarına Xəzər Boru Kəməri Konsorsiumu vasitəsilə 2026-cı ilin yanvar ayında kəskin şəkildə azalıb. Göndərilən həcm planlaşdırılan səviyyənin təxminən 45%-i qədər aşağı düşüb. Bu barədə Bloomberg xəbər verir.
Treyderlərin məlumatına görə, CPC Blend markalı neftin ixracı gündə təxminən 800–900 min barrel təşkil edəcək. Planlaşdırılan 45 partiyadan ən azı 21-i ləğv edilib. Səbəblər arasında fırtınalar, uzanmış təmir işləri və dron hücumlarından sonra infrastruktura ziyan daxildir.
Mənbə bildirir ki, əsas çətinliklər konsorsiumun dəniz terminalının işindədir. Sabit yükləmə üçün eyni anda ən azı iki uzaqkənar dayaqlı qurğunun işləməsi lazımdır, lakin hazırda yalnız biri işləyir və o da fasilələrlə.
Fırtınalı hava bir neçə dəfə yükləmə əməliyyatlarını dayandırıb. Məsələn, 29 dekabrda bu dəniz terminalı ətrafında əlverişsiz hava şəraiti səbəbindən konsorsium neftin qəbulunu və yüklənməsini müvəqqəti dayandırmalı olub.
Bundan əlavə, rezervuarların doluluğu səbəbindən müvəqqəti olaraq neft qəbulunu məhdudlaşdırıb. Uzunmüddətli fasilələr halında Qazaxıstan neft hasilatını azaltmağa məcbur ola bilər.