ABŞ Enerji İnformasiya Administrasiyası və Vortexa məlumatlarına əsasən Venesuelanın xam neft ixracının ölkələr açıqlanıb.
Məlumata görə Venesuela ümumilikdə 211,6 milyon barel xam neft ixrac edib. Bu həcmin 90 faizdən çoxu cəmi iki ölkənin – Çin və ABŞ-ın payına düşüb. Çin 144,1 milyon barel neft idxal edərək Venesuelanın ümumi ixracının 68,1 faizini təşkil edib və əsas alıcı olub. ABŞ isə 48,5 milyon barel və ya 22,9 faiz payla ikinci yerdə qərarlaşıb.
Digər ixrac istiqamətləri arasında İspaniya (8,5 milyon barel, 4 faiz), Kuba (7,6 milyon barel, 3,6 faiz), eləcə də Sinqapur, Baham adaları, Malayziya və Rusiya yer alıb.
2019-cu ildə ABŞ-ın PDVSA-ya qarşı tətbiq etdiyi sanksiyalardan sonra Venesuelanın neft ixracının böyük hissəsi “neft qarşılığında kredit” mexanizmi ilə həyata keçirilməyə başlayıb. Bu çərçivədə Çin Venesuelaya son onillikdə təxminən 50 milyard dollar kredit verib və əvəzində nağd ödəniş əvəzinə neft tədarükü alıb.
Qeyd olunur ki, Venesuelanın ağır növ xam nefti emal baxımından daha çətin olsa da, Çində infrastruktur və tikinti layihələrində geniş istifadə olunan asfalt tələbatının yüksək olması bu əməkdaşlığı iqtisadi cəhətdən məqsədəuyğun edib.
Monetar.az