2025-ci ilin dördüncü rübündə Rusiyadan “Türk axını” qaz kəməri ilə Avropa İttifaqına tədarük olunan təbii qazın həcmi tarixi rekordu yeniləyib.
APA xəbər verir ki, İnfoTEK təşkilatının Bruegel məlumatları əsasında apardığı hesablamalara görə, oktyabr–dekabr aylarında bu magistral kəmər vasitəsilə Aİ-yə ümumilikdə 5,065 milyard kubmetr qaz ixrac edilib. Bu göstərici həmin ilin üçüncü rübündə qeydə alınmış əvvəlki rekorddan 0,349 milyard kubmetr çoxdur.
Məlumata görə, 2025-ci il ərzində ümumilikdə “Türk axını” vasitəsilə Avropa İttifaqına 18,13 milyard kubmetr təbii qaz tədarük olunub.