Bakıda təşkil olunan ADEX 2026 və Securex Caspian sərgiləri başa çatıb

Bakıda təşkil olunan ADEX 2026 və Securex Caspian

Bakıda keçirilən “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi başa çatıb.

Sərgilərdə müdafiə və təhlükəsizlik sahəsində müasir silah sistemləri, zirehli texnika, pilotsuz uçuş aparatları və kibertəhlükəsizlik avadanlıqları nümayiş olunub.

Tədbirlərdə ümumilikdə 53 ölkədən 280 şirkət, həmçinin 59 xarici şirkətin nümayəndə heyəti iştirak edib. İştirakçılar müxtəlif ölkələrin hərbi-texniki potensialını əks etdirən stendlərlə çıxış ediblər.

Sərgilər çərçivəsində nümayəndə heyətləri və şirkət rəhbərləri arasında ikitərəfli görüşlər keçirilib. Görüşlərdə hərbi-texniki sahədə əməkdaşlıq imkanları müzakirə edilib.