Almaniyada işsizlərin sayı sentyabrda 3 milyon nəfəri keçib

Almaniyada işsizlərin sayı sentyabrda

Almaniyada mövsümi amillər nəzərə alınmaqla işsizlərin sayı sentyabr ayında 12 min nəfər artaraq 3,01 milyon nəfərə çatıb.

Almaniyanın Federal Məşğulluq Agentliyinin məlumatına görə, artım analitiklərin proqnozlarını üstələyib. Sorğuda iştirak edən iqtisadçılar sentyabr ayında işsizlərin sayının cəmi 1 min nəfər artacağını gözləyirdilər.

Mövsümi amillər nəzərə alınmaqla işsizlik səviyyəsi isə 6,4 faizdə dəyişməz qalıb.

Mövsümi düzəlişlər nəzərə alınmadıqda işsizlərin ümumi sayı sentyabr ayında bir qədər azalaraq 3 milyon nəfərdən aşağı düşüb. Bu göstərici əvvəlki iki ay ərzində 3 milyon nəfərdən yuxarı olub.

MONETAR.AZ