Samsung Galaxy Buds On qulaqlığını təqdim edib

Samsung Galaxy Buds On

Samsung qulaq seyvanı ətrafında bərkidilən və qulaq kanalını tutmayan ilk açıq konstruksiyalı klips formalı naqilsiz qulaqlığı – Galaxy Buds On modelini təqdim edib.

Yeni model açıq tipli dizaynla yanaşı, süni intellekt funksiyaları və baş hərəkətləri ilə idarəetmə imkanlarını özündə birləşdirir.

Galaxy Buds On ənənəvi qulaqdaxili oturuş əvəzinə elastik C-abraz körpüdən istifadə edir. Samsung müxtəlif qulaq forma və ölçüləri üzrə məlumatları təhlil edərək kompüter modelləşdirməsi vasitəsilə dinamiklərin və akkumulyatorların yerləşdirilməsini optimallaşdırıb.

Bu konstruksiya təzyiqi qulağın daha geniş sahəsinə paylayır və hərəkət zamanı qulaqlığın sabit qalmasına kömək edir. Dəstə yarımşəffaf şarj qutusu da daxildir.

Qulaqlıq bas tezliklərini gücləndirmək üçün TwinBoost adlı ikili dinamik sistemi ilə təchiz olunub. Audio Leakage Reduction texnologiyası səsin kənara sızmasını azaltmağa xidmət edir. Audioməlumatların emalında Snapdragon S7 Gen 1 Sound Platform istifadə olunur.

Səsli rabitə üçün üç mikrofon, sümük keçiriciliyi datçiki və ətrafdakı səs-küyü azaltmağa yönəlmiş Intelligent Clear Call sistemi tətbiq edilib.

Auto Volume funksiyası isə ətrafdakı səs-küyün səviyyəsini izləyərək səsin həcmini avtomatik tənzimləyir.

Galaxy Buds On Gemini Live və Bixby səsli köməkçilərini dəstəkləyir. İstifadəçilər zəngləri həm səsli komandalar, həm də baş hərəkətləri ilə idarə edə biləcəklər.

Başın yuxarı-aşağı hərəkət etdirilməsi zəngə cavab verməyə, sağa-sola hərəkət isə zəngdən imtina etməyə imkan verir.

Qulaqlıq istifadəçinin yuxuya getdiyini müəyyən etdikdə səsləndirməni avtomatik dayandırır.

Batareyanın bir dəfə tam doldurulması ilə cihaz 9,5 saata qədər musiqi dinləməyə imkan verir.

Samsung Galaxy Buds On modelinin qlobal satışlarına 27 oktyabrda başlanacaq. İlkin mərhələdə qulaqlıq yalnız qara rəngdə təqdim olunacaq.

Cihazın qiyməti 220 dollar təşkil edir.

MONETAR.AZ