Polaroid dörd xüsusi rejimli yeni analoq kamera təqdim edib

Polaroid dörd xüsusi rejimli yeni analoq

Polaroid şirkəti dörd xüsusi çəkiliş rejiminə malik Mod adlı yeni analoq anında foto çəkən kamerasını təqdim edib. İstehsalçının rəsmi saytında cihazın satışına sentyabrın 29-da başlanılıb.

Kameranın qiyməti ABŞ bazarında 169,99 dollar, Avropada isə 169,99 avro təşkil edir.

Çəkiliş rejimləri kameranın korpusunda yerləşən fiziki disk vasitəsilə dəyişdirilir. Mod modelində istifadəçiyə dörd xüsusi rejim təqdim olunur:

  • Double Exposure (Cüt ekspozisiya) – iki təsviri bir kadrda üst-üstə yerləşdirməyə imkan verir.
  • Split Shot – xüsusi aksesuar vasitəsilə müxtəlif kadrların iki hissəsini birləşdirir.
  • Motion Freeze – hərəkəti fiksasiya edir və ekspozisiyanın sonunda flaşı işə salır.
  • Light Painting (İşıqla çəkiliş) – işıq izləri və müxtəlif naxışlar yaratmaq üçün uzun ekspozisiyadan istifadə edir.

Kamera ABŞ-da bəzi pərakəndə satış məntəqələrində 6 oktyabrdan satışa çıxarılacaq. Məhsulun beynəlxalq pərakəndə satış şəbəkələrində daha geniş təqdimatı isə 2027-ci ilin əvvəlində planlaşdırılır.

MONETAR.AZ