2 oktyabr Beynəlxalq Qeyri-zorakılıq Günüdür

2 oktyabr Beynəlxalq

Hər il oktyabrın 2-də dünyada Beynəlxalq Qeyri-zorakılıq Günü qeyd olunur. Bu gün sülh, dözümlülük, qarşılıqlı anlaşma və zorakılıqdan imtina mədəniyyətinin təşviqinə həsr olunub.

Monetar.az xəbər verir ki, BMT Baş Assambleyasının 2007-ci il iyunun 15-də qəbul etdiyi qərarla Mahatma Qandinin doğum günü olan 2 oktyabr Beynəlxalq Qeyri-zorakılıq Günü elan edilib.

Beynəlxalq günün əsas məqsədi zorakılığın qarşısının alınması, sülh və dözümlülük dəyərlərinin təşviq edilməsi, insanlar və cəmiyyətlər arasında anlayışın gücləndirilməsidir.

Bu gün münasibətilə müxtəlif ölkələrdə qeyri-zorakılıq, sülh və insan hüquqları ilə bağlı maarifləndirici tədbirlər keçirilir.