Azərbaycanda bankların sayı son bir ildə 22-dən 21-ə düşüb. Buna baxmayaraq, bankların filiallarının sayı 10, ATM-lərin sayı isə 128 ədəd artıb.
Monetar.az xəbər verir ki, maliyyə bazarlarının iştirakçıları ilə bağlı məlumatlara əsasən, 31 avqust 2025-ci ildə ölkədə 22 bank olduğu halda, 31 avqust 2026-cı ildə onların sayı 21-ə enib.
Bankların sayındakı azalma özəl bankların hesabına baş verib. Özəl bankların sayı 20-dən 19-a düşüb. Dövlət banklarının sayı isə dəyişməyərək 2 olaraq qalıb.
Hesabat dövründə Azərbaycanda xarici kapitallı bankların sayı 9 olaraq qalıb. İlin əvvəlindən lisenziyası ləğv edilmiş bankların sayı isə 1 olub. Ötən ilin eyni dövründə belə hal qeydə alınmayıb.
Bankların filial şəbəkəsi isə genişlənib. Filialların sayı 498-dən 508-ə yüksəlib. Bank şöbələrinin sayı 87-dən 80-ə azalsa da, ATM-lərin sayı 3 379-dan 3 507-yə çatıb.
Bank sektorunda çalışanların sayı da artıb. İşçilərin ümumi sayı bir il ərzində 26 735 nəfərdən 27 773 nəfərə yüksəlib. Bu, 1038 nəfərlik və ya təxminən 3,9 faizlik artım deməkdir.