2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda nikah və boşanmaların sayında azalma qeydə alınıb. Əhalinin hər 1 000 nəfərinə düşən nikahların sayı ötən ilin eyni dövrü ilə müqayisədə daha çox azalıb.
Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatına əsasən, hesabat dövründə ölkədə 26 min 485 nikah və 13 min 278 boşanma qeydə alınıb.
Əhalinin hər 1 000 nəfərinə düşən nikahların sayı ötən ilin eyni dövründəki 4,6-dan 3,9-a enib. Boşanmaların sayı üzrə göstərici isə 2-dən 1,9-a düşüb.