Azərbaycanda orta aylıq əməkhaqqı 1 173 manata çatıb

Azərbaycanda orta aylıq əməkhaqqı

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda orta aylıq nominal əməkhaqqı 1 172,7 manat təşkil edib.

Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz artıb.

Bununla yanaşı, əhalinin nominal gəlirləri 81 milyard 10,7 milyon manata çatıb. Əhalinin nominal gəlirlərində illik artım 9,9 faiz təşkil edib.