Azərbaycanda teatrlara gələn tamaşaçıların ümumi sayı 2025-ci ildə 413 min nəfər təşkil edib. Bu, 2024-cü ildə qeydə alınan 419 min nəfərlə müqayisədə 6 min nəfər azdır.
Monetar.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin “Azərbaycan gəncləri, 2026” statistik məcmuəsində məlumat verilib.
Ümumi göstəricidə azalma olsa da, uşaq və gənc tamaşaçılar üçün nəzərdə tutulan teatrlara gələnlərin sayı artıb. 2025-ci ildə bu teatrlara 116 min nəfər baş çəkib, 2024-cü ildə isə göstərici 109 min nəfər olub.
Opera və balet teatrlarının tamaşaçı sayı da yüksəlib. Bu teatrlara gələnlərin sayı 2024-cü ildə 13 min nəfər olduğu halda, 2025-ci ildə 19 min nəfərə çatıb.
