Dövlət Aqrar Universiteti kafedra müdiri və dekan axtarır

Dövlət Aqrar Universiteti

Azərbaycan Dövlət Aqrar Universiteti mühəndislik fakültəsinin dekanı və iki kafedra müdiri vəzifəsini tutmaq üçün müsabiqə elan edib.

Monetar.az xəbər verir ki, müsabiqə mühəndislik fakültəsinin dekanı, Bağçılıq kafedrasının müdiri və Yoluxucu xəstəliklər kafedrasının müdiri vəzifələrini əhatə edir.

Müsabiqə Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 15 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun keçirilir.

İştirak etmək istəyən şəxslərin sənədləri elan dərc olunduğu gündən etibarən bir ay müddətində qəbul ediləcək.