Dövlət qulluqçuları üçün təlim keçirilib

Dövlət qulluqçuları üçün

Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası çərçivəsində Dövlət İmtahan Mərkəzində dövlət qulluqçuları üçün Təlimçilər üçün təlim” proqramı təşkil olunub.

Dövlət İmtahan Mərkəzinin inzibati binasında 10, 11 və 14 avqust 2026-cı il tarixlərində keçirilən təlimdə mərkəzi icra hakimiyyəti orqanlarında çalışan dövlət qulluqçuları iştirak ediblər. Proses təlimçi Anar Həsənov tərəfindən aparılıb.

Proqram çərçivəsində iştirakçılar təlimçinin rolu və peşəkar keyfiyyətləri, təlim metodları və növləri, təlimin planlaşdırılması, təqdimat bacarıqları, auditoriya ilə effektiv ünsiyyət, qrup dinamikasının idarə olunması, bədən dili, ilk təəssüratın formalaşdırılması, praktik təqdimatlar və elektron təqdimatların hazırlanması kimi mövzularda nəzəri və praktik biliklər əldə ediblər.

Təlim interaktiv müzakirələrlə davam edib. Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.

Tədbirin əsas məqsədi dövlət qulluqçularının təlimçilik bacarıqlarını inkişaf etdirmək, təqdimat və kommunikasiya səriştələrini gücləndirmək, eləcə də dövlət qurumlarında daxili təlim potensialının artırılmasına töhfə vermək olub.