Ərzaq məhsullarının ən az bahalaşdığı rayonlar – SİYAHI

Ərzaq məhsullarının ən az

Azərbaycanda 2026-cı ilin yanvar-oktyabr aylarında qida məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri ən az Yardımlı, Xızı və İmişli rayonlarında artıb.

Monetar.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə ölkə üzrə qida məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 6,8% yüksəlib.

Rayonlar üzrə göstəricilərə əsasən, ən aşağı qiymət artımı Yardımlı rayonunda qeydə alınıb. Burada sözügedən məhsulların qiymətləri cəmi 4,5% artıb.

Xızı rayonunda qida məhsulları, içkilər və tütün məmulatları 5,6%, İmişli rayonunda 5,8%, Balakən rayonunda 6,2%, Ağdam və Qazax rayonlarında isə 6,3% bahalaşıb.

Qiymət artımının nisbətən aşağı olduğu digər ərazilər aşağıdakılardır:

  • Yardımlı rayonu – 4,5%;
  • Xızı rayonu – 5,6%;
  • İmişli rayonu – 5,8%;
  • Balakən rayonu – 6,2%;
  • Ağdam rayonu – 6,3%;
  • Qazax rayonu – 6,3%;
  • Şamaxı rayonu – 6,7%;
  • Ağcabədi rayonu – 6,9%;
  • Cəlilabad rayonu – 7,0%;
  • Hacıqabul rayonu – 7,0%.

Qeyd edək ki, Bakı şəhərində qida məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri hesabat dövründə 5,9% artıb. Bu, ölkə üzrə orta göstəricidən 0,9 faiz bəndi aşağıdır.

İqtisadi rayonlar üzrə ən aşağı göstərici Qarabağ iqtisadi rayonunda qeydə alınıb. Burada qiymət artımı 6,4% təşkil edib.

Ən yüksək bahalaşma isə  İsmayıllıda (12,1%), Lerikdə (11,6%) və Neftçalada (11,1%) müşahidə olunub.