Gənclərin sayı 2,3 milyonu ötüb: Bakıda 490 minə yaxındır

Gənclərin sayı 2,3 milyonu ötüb:

2026-cı ilin əvvəlinə Azərbaycanda 14-29 yaş aralığında olan gənclərin sayı 2 milyon 318,3 min nəfər təşkil edib. Bu yaş qrupu ölkə əhalisinin 22,6 faizini əhatə edir.

 Monetar.az xəbər verir ki, bu göstəricilər Dövlət Statistika Komitəsinin “Azərbaycan gəncləri, 2026” statistik məcmuəsində yer alıb.

 Məcmuəyə görə, gənclərin 1 milyon 221,9 min nəfəri kişi, 1 milyon 96,4 min nəfəri qadındır. Paytaxt Bakıda gənclərin sayı 489,6 min nəfər təşkil edib. Onların 258,1 min nəfəri kişi, 231,5 min nəfəri qadındır.

 Bakı rayonları arasında gənclərin ən çox olduğu ərazi Sabunçu rayonu olub. Burada 75,3 min gənc qeydə alınıb. Binəqədi rayonunda 69,4 min, Xətai rayonunda isə 52,6 min gənc yaşayıb.