İdman Akademiyası professor, dosent və müəllimlər axtarır

İdman Akademiyası professor, dosent

Azərbaycan İdman Akademiyası 40-dan çox vəzifə üzrə müsabiqə elan edib

Azərbaycan İdman Akademiyası fakültə dekanı, professor, dosent, baş müəllim və müəllim vəzifələrini tutmaq üçün müsabiqə elan edib.

 Monetar.az xəbər verir ki, müsabiqə Fiziki tərbiyə və İdman fakültələrinin dekanları, eləcə də müxtəlif kafedralar üzrə akademik vəzifələri əhatə edir.

 Vakansiyalar arasında atletika, cüdo, idman dırmanması, sambo, taekvando, üzgüçülük, gimnastika, şahmat və voleybol üzrə vəzifələr yer alır. Həmçinin anatomiya, biokimya, farmakologiya, fiziologiya, fizioterapiya, idman təbabəti, pedaqogika, psixologiya, iqtisadiyyat, informatika və ingilis dili üzrə mütəxəssislər axtarılır.

 Fiziki hazırlıq kafedrası üzrə də hərbi topoqrafiya, hərb tarixi, hərbi qanunvericilik, orduda fiziki hazırlıq və ekstremal şəraitdə yaşam kimi istiqamətlərdə baş müəllim vəzifələri təklif olunur.

 Elana əsasən, bəzi istiqamətlər üzrə bir neçə ştat nəzərdə tutulub. Məsələn, atletika ixtisası üzrə 4 dosent, gimnastika ixtisası üzrə isə 4 müəllim vakansiyası var.

 Sənədlər müsabiqənin elan olunduğu gündən etibarən bir ay ərzində təqdim edilməlidir.