2026-cı ilin ilk 9 ayında Azərbaycan vətəndaşlarının İrana səfərlərinin böyük hissəsi turizm kateqoriyasına daxil edilməyib.
Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-sentyabr aylarında İrana səfər edən 79 758 Azərbaycan vətəndaşından 9 058 nəfəri turist olub. Bu, ümumi səfərlərin 11,4%-ni təşkil edib.
Qalan 70 700 nəfər vətəndaşın səfəri isə digər məqsədlərlə həyata keçirilib. Bununla yanaşı, turizm məqsədli səfərlərin daxilində dini ziyarətlər də diqqət çəkib. Belə ki, 1 585 nəfər İrana dini ziyarət üçün gedib, 520 nəfər isə müalicə məqsədilə səfər edib.
Bu rəqəmlər İran istiqamətində səfərlərin yalnız istirahətlə məhdudlaşmadığını, dini ziyarət və müalicənin də müəyyən paya malik olduğunu göstərir.