Dövlət İmtahan Mərkəzinin (DİM) əməkdaşı tərəfindən Gənclər və İdman Nazirliyinin əməkdaşları üçün “Dövlət orqanlarında inzibati vəzifələrin tutulması şərtləri və qaydaları” mövzusunda təlim keçirilib.
Sentyabrın 18-də baş tutan təlim DİM-in Vəzifələrin idarəedilməsi və ehtiyat kadrlarla iş sektorunun aparıcı məsləhətçisi Nərmin Ağayeva tərəfindən keçirilib.
Təlim zamanı iştirakçılara dövlət orqanlarında inzibati vəzifələrin müsabiqə, ümumi və daxili müsahibə yolu ilə tutulması qaydaları barədə ətraflı məlumat verilib. Eyni zamanda, namizədlərə dair tələblər, vəzifələr üzrə qulluq funksiyalarının və vəzifənin tutulması şərtlərinin müəyyənləşdirilməsi ilə bağlı məsələlər izah olunub.
İştirakçıların diqqətinə müxtəlif dövrlərdə təsdiq edilmiş ali təhsil ixtisaslarının uyğunlaşdırılması cədvəli nəzərə alınmaqla təhsil tələbinin müəyyənləşdirilməsi, müsahibə proqramlarının hazırlanmasına dair tələblər, həmçinin “Dövlət qulluğu – Vəzifələrin İdarə edilməsi Sistemi”ndən istifadə qaydaları çatdırılıb.
Təlim çərçivəsində dövlət qulluğu və vəzifələrin idarə edilməsi sahəsinə dair digər məsələlər də müzakirə olunub. Sonda iştirakçıların sualları cavablandırılıb.