Orta aylıq əməkhaqqı 1175 manata çatdı

Orta aylıq əməkhaqqı
 2026-cı ilin ilk 6 ayında əhalinin nominal gəlirləri 10.3% artaraq 47 milyard 309.0 milyon manat təşkil edib.  Statistik hesabatda qeyd olunur ki,Cari ilin yanvar-may aylarının rəsmi nəticələrinə görə isə ölkədə orta aylıq nominal əməkhaqqı 7.3 % artımla 1 175.0 manat səviyyəsinə yüksəlib.
1 iyun 2026-cı il vəziyyətinə fiziki şəxslərin banklardakı ümumi əmanətləri 18.2% kimi kəskin artaraq 17 milyard 799.8 milyon manata çatıb. Eyni dövrdə bankların iqtisadiyyata kredit qoyuluşları da 9.0% genişlənərək 32 milyard 908.4 milyon manat olub. Lakin bu nominal artımlarla bərabər, ölkədə orta illik inflyasiya (istehlak qiymətləri indeksi) 5.7% təşkil edərək pulun alıcılıq qabiliyyətinə öz təzyiqini davam etdirir.
MONETAR.AZ