Reabilitasiya müəssisələri Sosial Xidmətlər Agentliyinin tabeliyinə veriləcək

Reabilitasiya müəssisələri Sosial Xidmətlər

Azərbaycanda sosial müdafiə və səhiyyə sahəsində struktur dəyişiklikləri davam edir. Prezident İlham Əliyevin imzaladığı əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı Fərmana əsasən, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyində fəaliyyət göstərən reabilitasiya müəssisələri Sosial Xidmətlər Agentliyinin tabeliyinə veriləcək.

Qərara əsasən, bu dəyişiklik reabilitasiya xidmətlərinin daha səmərəli təşkili və sosial xidmətlərlə inteqrasiyasını təmin etməyə yönəlib. Yeni idarəetmə modeli çərçivəsində əlilliyi olan şəxslərə göstərilən reabilitasiya xidmətlərinin vahid sistem üzərindən həyata keçirilməsi nəzərdə tutulur.

Fərmanda qeyd olunub ki, reabilitasiya müəssisələrinin tabeliyinin dəyişdirilməsi prosesi üç ay müddətində başa çatdırılacaq.

MONETAR.AZ