Rəssamlıq Akademiyasında 4 kafedra müdiri axtarılırl

Rəssamlıq Akademiyasında

Azərbaycan Rəssamlıq Akademiyası dörd kafedra üzrə müdir vəzifələrinin tutulması üçün müsabiqə elan edib.

Monetar.az xəbər verir ki, vakant vəzifələr Qrafika, Dizayn, Geyim dizaynı, eləcə də Humanitar və ictimai fənlər kafedralarını əhatə edir.

Müsabiqədə iştirak etmək istəyən namizədlər elan dərc olunduqdan sonra bir ay ərzində tələb olunan sənədləri təqdim etməlidirlər.

Namizədlər rektorun adına ərizə, kadrlar uçotunun şəxsi vərəqəsi, tərcümeyi-hal, ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətlərini, elmi və elmi-metodiki işlərin siyahısını, həmçinin kafedranın inkişafına dair fəaliyyət proqramını təqdim etməlidirlər.

Akademiyada çalışan namizədlərdən isə ərizə ilə birlikdə yalnız ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətləri, eləcə də kafedranın inkişafına dair proqram tələb olunur.

Sənədlər Bakı şəhəri, Heydər Əliyev prospekti 58 ünvanında qəbul edilir.