Sərəncamda qalan gəlirlərin 19 faizi kreditlərə yönəlir

Sərəncamda qalan gəlirlərin

Azərbaycanda əhalinin borc yükünün sərəncamda qalan gəlirlərinə nisbəti 2026-cı ilin ilk yarısında artıb. Monetar.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının Maliyyə Sabitliyi Hesabatına əsasən, bu göstərici ötən ilin sonu ilə müqayisədə 0,3 faiz bəndi yüksələrək 18,7% təşkil edib.

Mərkəzi Bank hesabatda əhalinin sərəncamda qalan gəlirlərinin artması ilə yanaşı, borc yükünün həmin gəlirlərdəki payının da yüksəldiyini qeyd edib.

Hesabata əsasən, 2026-cı ilin ilk yarısının sonuna bank sektorunda borcalanların gəlirlərinə nisbətdə borc yükü 45%-dən aşağı olan istehlak kreditlərinin həcmi 6,2 milyard manat, bu göstəricisi 45%-dən yuxarı olan kreditlərin həcmi isə 3,7 milyard manat təşkil edib.

Beləliklə, təqdim olunan iki kateqoriya üzrə istehlak kreditlərinin ümumi həcmi 9,9 milyard manata çatıb. BGN göstəricisi borc yükünün gəlirə nisbətini ifadə edir. BGN-in 45%-dən yuxarı olması borcalanın gəlirinin daha böyük hissəsinin borc ödənişlərinə yönəldiyini göstərir.

Mərkəzi Bankın qiymətləndirməsinə görə, istehlak kreditləri portfelinin artımı əsasən BGN göstəricisi 45%-dən aşağı olan kreditlər hesabına baş verib. BGN-i 45%-dən yuxarı olan kreditlərin portfeldə payı isə ötən ilin sonu ilə müqayisədə 1 faiz bəndi azalaraq 37% təşkil edib.

B