2015-2025-ci illərdə yaşayış daşınmaz əmlakına investisiyadan ən yüksək illik gəlirlilik Portuqaliyada qeydə alınıb. İlk üçlükdə Macarıstan və Rusiya da yer alıb.
Monetar.az xəbər verir ki, Portuqaliyada daşınmaz əmlakın illikləşdirilmiş ümumi gəlirliliyi 14,55 faiz təşkil edib. Macarıstan 14,41 faizlə ikinci, Rusiya isə 13,52 faizlə üçüncü olub.
Reytinqdə sonrakı yerləri Litva (12,64 faiz), İslandiya (12,16 faiz), Çexiya (12,15 faiz), Bolqarıstan (12,01 faiz), Latviya (11,39 faiz), Rumıniya (11,25 faiz) və Slovakiya (11,16 faiz) tutub. Beləliklə, ilk 10-luqda Avropa və transkontinental ölkələr üstünlük təşkil edib.
Araşdırmada daşınmaz əmlakın ABŞ dolları ilə ifadə olunan qiymət artımı və kirayə gəlirləri birlikdə nəzərə alınıb. Hesablamalara görə, Latviyada cari ümumi illik kirayə gəlirliliyi 7,2 faiz, İrlandiyada isə 7,66 faiz olub.
Reytinqin digər ucunda Qətər 2,7 faiz, Braziliya isə 3,5 faiz illikləşdirilmiş gəlirliliklə qərarlaşıb.
Araşdırmada vurğulanır ki, əmlak qiymətlərinin sürətli artımı mövcud mülkiyyətçilərin sərvətini yüksəltsə də, yeni alıcılar üçün mənzil əldə etməyi çətinləşdirə bilər.