Son üç gündə Bakını rekord sayda sakin tərk edib

Son üç gündə Bakını rekord sayda

NovruzRamazan bayramları ilə əlaqədar Azərbaycandakı bütün avtovağzal və avtostansiyalar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi-nin məlumatına görə, 19–21 mart tarixlərində Bakı Beynəlxalq Avtovağzal Kompleksi-dən 1 080 reys həyata keçirilib və nəticədə 38 613 sərnişin müxtəlif istiqamətlər üzrə daşınıb.

Qeyd olunur ki, bu göstərici son illərin rekordudur.

Artan sərnişin axınını qarşılamaq üçün əlavə olaraq 400-dən çox reys təşkil edilib.

Eyni zamanda sərnişinlərin təxminən 60%-i biletlərini onlayn şəkildə biletim.az portalı vasitəsilə əldə edib.

Vətəndaşlara səfərlərini daha rahat və təhlükəsiz planlaşdırmaq üçün “biletim.az” onlayn xidmətindən istifadə etmələri tövsiyə olunur.