2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanın aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 22,8% artaraq 896,4 milyon ABŞ dollarına çatıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, hesabat dövründə aqrar məhsulların ixracı 22,1% artaraq 673,4 milyon dollar, aqrar-sənaye məhsullarının ixracı isə 24,8% artaraq 223,1 milyon dollar olub.
Ayrı-ayrı məhsullar üzrə şəkər ixracı 2,6 dəfə, pambıq ipliyi 81,9%, bitki və heyvan mənşəli piylər və yağlar 39,5%, alüminium və ondan hazırlanan məmulatlar 39,4%, pambıq lifi 24,9%, meyvə-tərəvəz ixracı isə 16,4% artıb.
İyul ayında yeyinti məhsullarının ixracı 123 milyon dollar təşkil edib.