Azərbaycan xaricə 1 baş atı 210 dollara satıb

Azərbaycan xaricə 1 baş atı

2026-cı ilin yanvar-mart aylarında Azərbaycandan xarici ölkələrə yüz minlərlə dollar dəyərində diri heyvan ixrac olunub.

Dövlət statistika məlumatlarına əsasən, hesabat dövründə ölkədən ümumilikdə 600 min ABŞ dollarından çox dəyərində diri heyvan satışı həyata keçirilib. İxrac strukturunda əsas pay diri iribuynuzlu heyvanların payına düşüb.

Belə ki, ilin ilk üç ayında Azərbaycandan 175 baş diri iribuynuzlu heyvan ixrac olunub. Bu heyvanların ümumi ixrac dəyəri 617,59 min ABŞ dolları təşkil edib.

Hesablamalara görə, bir baş diri iribuynuzlu heyvanın orta ixrac qiyməti təxminən 3,5 min ABŞ dolları olub.

Eyni dövrdə ölkədən 437 baş diri at və digər cins heyvan ixrac edilib. Həmin ixracın ümumi dəyəri 91,89 min dollar təşkil edib. Bu isə bir baş atın orta ixrac qiymətinin təxminən 210 dollar olduğunu göstərir.

Statistik göstəricilərdə digər heyvan növləri üzrə ixrac həcmlərinin aşağı olduğu müşahidə edilir. Hesabat dövründə 4 baş başqa diri heyvan və primat ixrac olunub, onların ümumi dəyəri 200 dollar təşkil edib. Bundan başqa, 4 ədəd digər quş ixracının ümumi dəyəri 100 dollar olub.

Qoyunlar, arılar və bəzi digər heyvan növləri üzrə isə hesabat dövründə ixrac qeydə alınmayıb.

MONETAR.AZ