Azərbaycanda sertifikatlı toxum istehsalına və istifadəsinə dəstək genişləndirilir

Azərbaycanda sertifikatlı toxum istehsalına və istifadəsinə

Yerli toxumçuluğun inkişafı və keyfiyyətli toxum istehsalının təşviqi məqsədilə super-elit toxum istehsal edən toxumçu fermerlərə əkin subsidiyası daha yüksək əmsalla ödəniləcək. Yeni mexanizm çərçivəsində yerli mənşəli super-elit buğda və arpa toxumçularına 470 manat/ha, xarici mənşəli super-elit buğda və arpa toxumçuluğuna isə 300 manat/ha əkin subsidiyası veriləcək.

Monetar.az bununla bağlı Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Bununla yanaşı, buğda və arpa üzrə sertifikatlı toxumdan istifadə tələbi 5 hektara endirilib. 2026–2027-ci əkin mövsümündən etibarən sertifikatlı toxumdan istifadə etməyən fermerlərin əkin subsidiyası 50% azaldılacaq. 2027–2028-ci əkin mövsümündən isə sertifikatlı toxumdan istifadə etməyən fermerlər üçün subsidiya əmsalı sıfır qəbul ediləcək. Bu dəyişikliklər sertifikatlı toxumdan istifadənin genişləndirilməsi və yerli toxumçuluğun inkişafının stimullaşdırılmasına yönəlib.