2025-ci ildə Azərbaycana 172 min ton mineral gübrə idxal edilib. Bu göstərici 2024-cü illə müqayisədə 11 min ton və ya 6,8% çoxdur.
Monetar.az "Azərbaycanın Kənd Təsərrüfatı Statistik Məcmuəsi 2026"ya istinadən xəbər verir ki, ötən il idxal olunan mineral gübrələrin 93,8 min tonunu azotlu, 1 min tonunu fosfatlı, 7,1 min tonunu kaliumlu gübrələr təşkil edib. Digər növ mineral gübrələrin idxalı isə 70,1 min ton olub.
2024-cü illə müqayisədə azotlu gübrələrin idxalı 4,1 min ton azalıb. Bunun əksinə, fosfatlı gübrələrin idxalı 0,9 min ton, kaliumlu gübrələrin idxalı 0,9 min ton, digər gübrələrin idxalı isə 13,3 min ton artıb.
Son illərin göstəriciləri mineral gübrə idxalında kəskin dəyişikliklərin olduğunu göstərir. Belə ki, 2020-ci ildə ölkəyə 350,5 min ton mineral gübrə gətirildiyi halda, 2021-ci ildə bu həcm 129,9 min tona, 2022-ci ildə isə 103,3 min tona qədər azalıb.
Sonrakı illərdə idxal yenidən artmağa başlayıb. 2023-cü ildə 137,1 min ton, 2024-cü ildə 161 min ton, 2025-ci ildə isə 172 min ton mineral gübrə idxal olunub.
Müqayisə üçün qeyd edək ki, 2010-cu ildə Azərbaycanın mineral gübrə idxalı cəmi 49,2 min ton təşkil edib. Beləliklə, 2025-ci ilin göstəricisi 2010-cu illə müqayisədə təxminən 3,5 dəfə yüksək olub.
