Yeni mexanizmə əsasən, müəyyən edilmiş meyarlara cavab verən fermerlər əkin subsidiyasının 30 faizini əvvəlcədən əldə edə biləcəklər.
Monetar.az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Avans mexanizmi 5–100 hektar əkin sahəsi olan, müəyyən edilmiş siyahıya daxil edilən yazlıq və payızlıq birillik bitkiləri becərən, həmçinin fermer reytinqi 30-dan yüksək olan təsərrüfatlara şamil ediləcək.
Avans subsidiyası almaq üçün müraciət edən fermerlərin əkin sahələri EKTİS-də bəyan edilməlidir. Sahələrin əkinə hazırlıq vəziyyətinin monitorinqi zamanı isə rəqəmsal və süni intellekt həllərindən istifadə olunacaq.