ABŞ fond bazarında texnologiya şirkətlərinin səhmlərinin kəskin ucuzlaşması əsas indekslərə təzyiq göstərib.
Monetar.az xəbər verir ki, Nasdaq indeksi təxminən 6%, S&P 500 indeksi 4%, Dow Jones indeksi isə 1 500 bənddən çox geriləyib.
Ucuzlaşmaya xüsusilə yarımkeçirici və süni intellekt sektorunda fəaliyyət göstərən şirkətlərin səhmləri təsir edib. "Nvidia" və "Broadcom"un səhmləri təxminən 9%, "Micron" və "AMD"nin səhmləri isə 15%-dən çox dəyər itirib.
Bazar iştirakçıları ABŞ Konqresinin hər iki palatasında Demokratların üstünlük əldə etməsindən sonra süni intellekt və məlumat mərkəzləri sektoruna nəzarətin sərtləşdirilə biləcəyindən ehtiyat edirlər.