Bitcoin ABŞ-da aralıq seçkilərdən sonra qazandığı mövqeləri itirib

Bitcoin ABŞ-da aralıq seçkilərdən sonra

Bitcoin-in qiyməti ABŞ-da keçirilən aralıq seçkilərdən sonra başlayan yüksəliş tendensiyasını dayandıraraq cümə günü yenidən enişə keçib. Kriptovalyuta bazarında investor narahatlığının artması fonunda rəqəmsal aktivlər həftəni itkilərlə başa vurmağa hazırlaşır.

Bakı vaxtı ilə saat 10:50 etibarilə Bitcoin 75.000 dollara qədər ucuzlaşıb.

Bazar iştirakçılarını narahat edən əsas məqamlardan biri demokratların ABŞ Konqresində nəzarəti ələ keçirməsindən sonra kriptovalyuta sektoruna münasibətdə tənzimləmə siyasətinin hansı istiqamətdə dəyişə biləcəyidir. Gələcək qaydalarla bağlı qeyri-müəyyənlik investorların ehtiyatlı davranmasına səbəb olub.

Kriptovalyuta bazarına təzyiq göstərən digər amil qlobal fond bazarlarında risk iştahasının zəifləməsidir. Xüsusilə texnologiya sektorunda müşahidə olunan kütləvi satışlar, o cümlədən Cənubi Koreya və Yaponiyanın yarımkeçirici istehsalçılarına məxsus səhmlərin kəskin ucuzlaşması investorların riskli aktivlərdən uzaqlaşmasını sürətləndirib.

Fond bazarlarında yaranan mənfi əhval-ruhiyyə rəqəmsal aktivlər sektoruna da sirayət edib. Nəticədə, Bitcoin başda olmaqla, kriptovalyutaların əksəriyyəti dəyər itirib və bazarda həftəlik eniş ehtimalı güclənib.

MONETAR.AZ