Qızılın qiyməti 4120 dolları keçib

Qızılın qiyməti

Qlobal maliyyə bazarlarında qeyri-müəyyənliyin artması qızılın qiymətinə dəstək verib.

Monetar.az xəbər verir ki,  qızılın bir unsiyasının qiyməti 4 120 dolları ötərək oktyabrın 21-dən bəri ən yüksək səviyyəyə çatıb.

Qiymət artımına ABŞ dollarının zəifləməsi, dövlət istiqrazlarının gəlirliliyinin azalması və inflyasiya ilə bağlı narahatlıqların qismən səngiməsi təsir göstərib.

Qeyd edək ki, qızıl əvvəlki gün 3%-dən çox bahalaşıb. Bu, avqustun 19-dan bəri ən böyük gündəlik artım olub.