Süni intellekt və məlumat mərkəzləri sektoruna dair narahatlıqlar sənaye metallarının qiymətinə də təsir göstərib.
Monetar.az xəbər verir ki, misin bir funtunun qiyməti 6,30 dollardan aşağı düşərək iyulun 17-dən bəri ən aşağı səviyyəyə enib.
İnvestorlar ABŞ-da məlumat mərkəzlərinin tikintisinə daha ciddi nəzarət tətbiq edilə biləcəyini və bunun gələcək mis tələbatını azalda biləcəyini düşünürlər.
Xatırladaq ki, sentyabrın 10-da misin qiyməti süni intellekt sektorundan gözlənilən tələbatın təsiri ilə 6,8 dollara çataraq rekord vurmuşdu.