- ABŞ-da işsizlik müavinəti üçün müraciətlər 57 ilin minimumuna düşüb
ABŞ əmək bazarında işçilərin iş yerlərini itirməsi ilə bağlı göstəricilərdən biri son 57 ilin ən aşağı səviyyələrindən birinə enib.
Monetar.az xəbər verir ki, oktyabrın son həftəsində ilkin işsizlik müavinəti müraciətlərinin sayı 6 min azalaraq 189 minə düşüb.
Bu göstərici bazar proqnozlarından da aşağı olub. Analitiklər müraciətlərin 196 min təşkil edəcəyini gözləyirdilər.
Beləliklə, göstərici iyulun ortalarında qeydə alınmış 57 illik minimum səviyyə ilə eyniləşib.