Orta aylıq pensiyanın 640 manata çatacağı gözlənilir

Orta aylıq pensiyanın 640 manata

Azərbaycanda 2027-ci ildə orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır. Bu, cari illə müqayisədə 45 manat və ya təxminən 7,6% artım deməkdir.

Monetar.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə birgə keçirilən iclasında bildirib.

O, bu fikirləri “Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.

Musa Quliyevin sözlərinə görə, əvvəlki illərdə olduğu kimi, 2026 və 2027-ci illərdə də orta aylıq pensiyanın orta aylıq əməkhaqqının 50 faizindən az olmaması qorunacaq.

Komitə sədri qeyd edib ki, bu göstərici Beynəlxalq Əmək Təşkilatının sosial təminat üzrə müəyyən etdiyi 40 faizlik minimum normaya dair konvensiyanın tələblərinə də cavab verir.