Bakıda Birinci Azərbaycan Regional Akvakultura Forumu işə başlayıb. Tədbirdə Azərbaycanda balıqçılıq sektorunun inkişafı, özəl investisiyaların cəlb edilməsi və balıq məhsullarının ixrac imkanlarının genişləndirilməsi müzakirə olunur.
Monetar.az xəbər verir ki, forum Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə keçirilir.
Tədbirdə Nazirlər Kabinetinin, Milli Məclisin müvafiq strukturlarının rəhbərləri, eləcə də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndələri iştirak edirlər.
Müzakirələrin əsas istiqamətlərindən biri Azərbaycanda akvakultura sektorunun mövcud vəziyyəti və inkişaf perspektivləridir. Bununla yanaşı, yüksək əlavə dəyərli balıq məhsullarının ixracının artırılmasında özəl sektorun rolu, bu sahədə mövcud təcrübə və yeni imkanlar da gündəliyə daxil edilib.