Azərbaycana mineral gübrə idxalı 6,8 faiz artıb

Azərbaycana mineral gübrə idxalı

Azərbaycana 2025-ci ildə 172 min ton mineral gübrə idxal olunub. Bu, 2024-cü ilin 161 min tonluq göstəricisi ilə müqayisədə 11 min ton və ya təxminən 6,8% çoxdur.

Monetar.az "Azərbaycanın Kənd Təsərrüfatı Statistik Məcmuəsi 2026"ya əsasən bildirir ki, idxal olunan gübrələrin əsas hissəsini azotlu gübrələr təşkil edib. Hesabat ilində bu kateqoriya üzrə idxal 93,8 min ton olub. Kaliumlu gübrələrin həcmi 70,1 min ton, fosfatlı gübrələrin həcmi isə 7,1 min ton təşkil edib. Digər növ mineral gübrələrin idxalı 1 min ton olub.

2010-cu ildə Azərbaycana cəmi 49,2 min ton mineral gübrə gətirildiyi halda, 2015-ci ildə bu göstərici 152,1 min tona yüksəlib. İdxalın ən yüksək səviyyəsi 2020-ci ildə qeydə alınıb – həmin il ölkəyə 350,5 min ton mineral gübrə idxal edilib.

Sonrakı illərdə idxal həcmi azalıb. Belə ki, 2021-ci ildə 129,9 min ton, 2022-ci ildə 103,3 min ton, 2023-cü ildə isə 137,1 min ton mineral gübrə gətirilib. 2024-cü ildən etibarən artım tendensiyası müşahidə olunur.