Melaniya Tramp Rusiya və Ukraynanı bu gün bir araya gətirəcək

Melaniya Tramp Rusiya və Ukraynanı

ABŞ-nin birinci xanımı Melaniya Tramp bu gün Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə qəbul edəcək. Görüşdə Alyoşki şəhərində həyata keçirilən humanitar əməliyyat və atəşkəs məsələsi ilə bağlı açıqlama veriləcək.

Monetar.az xəbər verir ki, bu barədə Melaniya Trampın ofisi məlumat yayıb.

Məlumata görə, Melaniya Tramp hər iki ölkənin nümayəndələrini şəxsən Ağ Evdə bir araya gətirəcək və noyabrın 5-də humanitar əməliyyatla bağlı çıxış edəcək.

Qeyd edək ki, oktyabrın 27-də Rusiya Müdafiə Nazirliyi Xerson istiqamətində, Alyoşki şəhəri ətrafında humanitar əməliyyatın təşkili ilə əlaqədar atəşin dayandırıldığını və müvəqqəti sakitlik rejiminin tətbiq edildiyini açıqlayıb.

Əməliyyat çərçivəsində Alyoşki sakinləri humanitar dəhliz vasitəsilə ərazidən təxliyə ediliblər. Prosesdə Rusiya və Ukraynanın insan hüquqları üzrə ombudsmanları iştirak ediblər.

Oktyabrın 30-da Rusiyanın ombudsmanı Yana Lantratova humanitar missiyanın başa çatdığını bildirib.